Avroliqada da "ən yaxşı" bəlli oldu

Avropa Liqasında 5-ci turun ən yaxşı futbolçusu müəyyənləşib. SportLine.az xəbər verir ki, UEFA-nın saytında keçirilən onlayn səsvermədə "Lokomotiv” klubunun futbolçusu Cefferson Farfan bütün rəqiblərini qabaqlayıb.

33 yaşlı hücumçu Andre Silva ("Milan") və Yozef Xuşbauerdən ("Slaviya") öndə olub.

Qeyd edək ki, C.Farfan "Kopenhagen”lə görüşdə (2:1) iki qol vurub.