"Atletiko" Avroliqanın qalibidir

Bu gün UEFA Avropa Liqasında 2017/2018 mövsümünün qalibi müəyyənləşəcək. SportLine.az xəbər verir ki, Lionda keçiriləcək həlledici görüşdə "Marsel" və "Atletiko" komandaları münasibətləri aydınlaşdıracaq.

Madrid təmsilçisi yarımfinalda "Arsenal"ı məğlub etməklə, Fransa klubu isə "Zalsburq"u mübarizədən kənralaşdırmaqla finala vəsiqə qazanıb.

Bakı vaxtı ilə saat 22:45-də başlanacaq qarşılaşmanı Hollandiya Futbol Federasiyasından Byörn Kuypers idarə edəcək.


16 may 2018
Avropa Liqası
FİNAL

"Marsel" (Fransa) - "Atletiko" (Madrid, İspaniya) - 0:3
QOLLAR:
Qrizmann, 21 (1:0); Qrizmann, 49 (0:2); Qabi, 89 (0:3)

Lion, "Stad de Lyon"
Baş hakim: 
Byörn Kuypers (Hollandiya)
Köməkçi hakimlər: Sander van Roykel, Ervin Zeinstra (Hollandiya)
Dördüncü hakim: Şimon Marçinyak (Polşa)
Əlavə köməkçi hakimlər: Danni Makkeli, Pol van Boekel (Hollandiya)

"Marsel": Mandanda (Q), Amavi, Qustavo, Adil Rami, Sarr, Anquissa, Sanson, Okampos, Payet (K), Tauvin, Jermen
Ehtiyat oyunçular: Yohann Pele (Q), Kamara, Rolando, Sakai, Maksim Lopez, Mitorğlu, N'Ci
Baş məşqçi: Rudi Qarsiya

"Atletiko": Yan Oblak (Q), Vrsalko, Ximenez, Qodin, Lukas Hernandez, Anxel Korrea, Saul, Qabi (K), Koke, Diyeqo Kosta, Qrizmann
Ehtiyat oyunçular: Aksel Verner (Q), Xuanfran, Filipe Luis, Saviç, Partey, Qameyro, Torres
Baş məşqçi: Diyeqo Simeone