Avroliqada həftənin ən yaxşısı müəyyənləşdi

Avropa Liqasında həftənin ən yaxşı futbolçusu bəlli olub. SportLine.az UEFA-nın saytına istinadən xəbər verir ki, Moskva MOİK-inin futbolçusu Aleksandr Qolovin bu ada yiyələnib. O, səslərin 89 faizini toplayıb.

Qeyd edək ki, A.Qolovin komandasının 3:2 hesablı qələbəsi ilə yekunlaşan görüşdə bir qolla yadda qalıb.