Avroliqada komanda sayı azaldılır

UEFA Avropa Liqasında iştirakçı komandaların sayını azaltmağa hazırlaşır. SportLine.az "Gazzetta dello Sport"a istinadən xəbər verir ki, bu barədə Avropa Klublar Assosiasiyasının və “Yuventus”in prezidenti Andrea Anyelli məlumat verib.

Onun sözlərinə görə, qitənin ali futbol qurumu klublar üçün yeni turnir təşkil edəcək. Bu turnirin 2021/2022-ci il mövsümündən etibarən keçirilməsi planlaşdırılıb. Elə həmin mövsümdən Avropa Liqasında iştirak edəcək komandaların sayı 48-dən 32-ə endiriləcək.

A.Anyellinin sözlərinə görə, UEFA bu qərarı quruma üzv olan bütün ölkələrdə futbolun inkişafına dəstək olmaq və balansı qorumaq üçün qəbul edib.