"Marsel" yarımfinalda, "Latsio" Avroliqa ilə vidalaşdı

Bu gün UEFA Avropa Liqasında 1/4 final mərhələsi yekunlaşacaq. SportLine.az xəbər verir ki, keçiriləcək görüşlərdən sonra 4 komanda adını yarımfinala yazdıracaq.

İlk görüşdə inamlı qələbə qazanan "Arsenal" mərhələni adlamağa daha yaxın görünür. "Atletiko"nun da iki top fərqli üstünlüyü itirəcəyi inandırıcı görünmür. Digər görüşlərdə isə vəziyyət dəyişə bilər.

Gecənin afişasını diqqətinizə çatdırırıq:


12 aprel 2018
Avropa Liqası
1/4 final (cavab oyunları)

"Sportinq" - "Atletiko" (Madrid) - 1:0
QOL:
Montero, 28 (1:0)
İLK OYUN: 0:2

Baş hakim: Milorad Majiç
Köməkçi hakimlər: Milovan Ristiç, Dalibor Dyurdyeviç
Dördüncü hakim: Nemanya Petroviç
Əlavə köməkçi hakimlər: Nenad Dyokiç, Danilo Qruyiç (hamısı Serbiya)

MOİK (Moskva) - "Arsenal" - 2:2
QOLLAR:
Fyodor Çalov, 39 (1:0); Nababkin, 50 (2:0); Uelbek, 75 (2:1); Remsi, 90+2 (2:2)
İLK OYUN: 1:4

Baş hakim: Feliks Zvoyer
Köməkçi hakimlər: Torsten Şiffner, Marko Axmüller
Dördüncü hakim: Rafael Foltin
Əlavə köməkçi hakimlər: Daniel Zibert, Saşa Şteqemann (hamısı Almaniya)

"Marsel" - "Leyptsiq" - 5:2
QOLLAR:
Bruma, 2 (0:1); İlsanker, 6/a.q. (1:1); Sarr, 9 (2:1); Tauvin, 38 (3:1); Avqustin, 55 (3:2); Payet, 60 (4:2); Sakai, 90+4 (5:2)
İLK OYUN: 0:1

Baş hakim: Byörn Kupers
Köməkçi hakimlər: Sander van Roykel, Ervin Zeinstra
Dördüncü hakim: Çarles Şaap
Əlavə köməkçi hakimlər: Pol van Boykel, Dennis Hiqler (hamısı Hollandiya)

"Zalsburq" - "Latsio" - 4:1
QOLLAR:
İmmobile, 55 (0:1); Dabbur, 56 (1:1); Haydara, 72 (2:1); Hvanq, 74 (3:1); Layner, 76 (4:1)
İLK OYUN: 2:4

Baş hakim: Damir Skomina
Köməkçi hakimlər: Yure Praprotnik, Robert Vukan
Dördüncü hakim: Tomaş Klançnik
Əlavə köməkçi hakimlər: Matey Yuq, Slavko Vinçiç (hamısı Sloveniya)