Avropa Çempionatının ən yaxşısı müəyyənləşdi

Sloveniyanın paytaxtı Lyublyanada yekunlaşan Avropa Çempionatının ən yaxşı futzalçısı müəyyənləşib. SportLine.az UEFA-nın saytına əsasən xəbər verir ki, Portuqaliya millisinin kapitanı Rikardinyo yarışın "ən yaxşı"sı seçilib.

Qeyd edək ki, Portuqaliya millisi qitə birinciliyinin qalibi olub. İspaniya 2-ci, Rusiya 3-cü pillədə qərarlaşıb.