"Avropa çempionatının final mərhələsinə çıxmaq üçün əla şansımız var"

"Düşünə bilərik ki, Avropa çempionatının final mərhələsinə çıxmaq üçün əla şansımız var. Amma bizimlə bərabər bu yarışda çıxış edən bu komandalar Millətlər Liqasına fürsət kimi baxır". 

SportLine.az xəbər verir ki, bu sözləri Azərbaycan millisinin baş məşqçisi Qurban Qurbanov UEFA-nın rəsmi saytına açıqlamasında deyib. 

Millətlər Liqasının yeni yarış olduğunu deyən mütəxəssis, "Hamı bizdən qələbə gözləyir. Bu, komanda üzərində əlavə təzyiq yaradır", deyə bildirib.

"Nəzərə alsaq ki, bütün iştirakçı komandaların əsas məqsədi Avropa Çempionatının final mərhələsinə yüksəlməkdir, baş məşqçi kimi deyə bilərəm ki, bu yarış olduqca ağır keçəcək. Üstəlik, hamının sizdən qələbə gözləməsi istər-istəməz həyəcan və məsuliyyəti artırır", - Qurban Qurbanov sözlərinə əlavə edib.

Qeyd edək ki, Azərbaycan millisi "D" Liqasında mübarizə aparacaq. Komandamızın rəqibləri Kosovo, Malta və Farer adalarıdır. Seçməmiz ilk görüşünü sentyabrın 7-də Bakı Olimpiya Stadionunda Kosovoya qarşı keçirəcək.