Avropa Kubokunda 8 medal

Portuqaliyanın Koimbra şəhərində yeniyetmə cüdoçular arasındakı Avropa Kubokunda Azərbaycan millisi 8 medal qazanıb.

SportLine.az xəbər verir ki, medallardan 3-ü qızıl, 1-i gümüş, 4-ü bürünc olub. 

Zaməddin Poladov (60 kq), Vüqar Talıbov (66 kq) və Toğrul Salmanov (+90 kq) bütün rəqiblərinə qalib gələrək, fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Yalnız finalda uduzan Şükran Zamanlı (50 kq) gümüş medala sahib olub. Mətin Rzazadə (60 kq), Aytac Qardaşxanlı (48 kq), Kamran Novruzov (73 kq), İbrahim Ağakişiyev (81 kq) isə bürünc medalla kifayətlənib. 

Qeyd edək ki, 28 ölkədən 416 yeniyetmə cüdoçunun (241 oğlan, 175 qız) mübarizə apardığı Avropa Kubokunda Azərbaycan millisi 15 cüdoçu (10 oğlan, 5 qız) ilə təmsil olunub.

Azərbaycan Cüdo Federasiyasının məlumatı