Ayağı qırılan irlandın taleyinə aydınlıq gətirildi

Uelslə oyunda ayağı qırılan Şeymus Koulmen əməliyyat olunub. Sportline.az xəbər verir ki, Dublində həyata keçirilən əməliyyat uğurlu alınıb. Xatırladaq ki, İrlandiya millisinin kapitanının, ötən gecə Uelslə təsnifat matçında ayağı iki yerdən qırılmışdı.