Ayxan Abbasovun cəzası açıqlandı

AFFA İntizam Komitəsi "Zirə” komandasının baş məşqçisi Ayxan Abbasovu ağır cəzalandırıb.

Sportline.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, 37 yaşlı mütəxəssis Topaz Premyer Liqasının XXIII turunda "Neftçi”yə 0:3 hesabı ilə uduzduqları oyunun 85-ci dəqiqəsində texniki zonadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb,  klub 800 manat cərimə olunub.

İntizam Komitəsinin 21 fevral 2018 - ci il 25 №-li protokoluna əsasən Abbasova verilmiş 5 oyun cəzanın 3 oyunu şərti cəza kimi tətbiq edib və ona 6 ay sınaq müddəti vermişdir. Sınaq müddəti ərzində baş məşqçi yenidən cəzalandığına görə sanksiyanın növbəti hissəsi qüvvəyə minib.

"Zirə” – "Neftçi” matçında 4 futbolçusu sarı vərəqə alan qonaqlar 800 manat cərimə olunub. Oyunun 51-ci dəqiqəsində meydan sahiblərinin oyunçusu Yani Urdinov ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanır, klub 200 manat cərimə kəsilib.