Ayxan Abbasovun "Sumqayıt"da ilk məşqi

"Keşlə" ilə oyundan sonra istirahətə buraxılan "Sumqayıt"  bu gündən etibarən hazırlıqları bərpa edib. 

SportLine.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, komandamız baş məşqçi Ayxan Abbasovun rəhbərliyi altında bu gün saat 16:00-da "Kapital Bank Arena"nın köməkçi meydançasında məşqə çıxıb. 

Milli komandalarda olan Əfran İsmayılov, Şəhriyar Əliyev, Süleyman Əhmədov və Murad Xaçayev məşqdə iştirak etməyib. Əvəzedici heyətdən isə 6 futbolçu əsas komanda ilə birlikdə hazırlaşıb. 1.5 saat davam edən məşqdə komanda əvvəlcə müxtəlif fiziki hərəkətlər ardınca isə topla hərəkətlər üzərində çalışılıb.