Azarkeşlər "Boka Xuniors"u yola saldılar

Libertadores Kubokunun finalında "River Pleyt"lə qarşılaşacaq "Boka Xuniors" Madridə yola düşüb. SportLine.az xəbər verir ki, azarkeşlər komandanı böyük coşğu ilə yola salıblar.

"La Bombonera" stadionunun yaxınlığında toplaşan futbolsevərlər komandalarının şərəfinə fişənglər yandırıblar.

Qeyd edək ki, "River Pleyt" və "Boka Xuniors" komandaları arasında final matçı dekabrın 9-da Madridin"Santyaqu Bernabeu" arenasında keçiriləcək.