"Azarkeşlər maraqlı oyun izləyəcəklər" - Yuri Maksimov

“Keşlə”nin baş məşqçisi Yuri Maksimov Azərbaycan kubokunun finalından danışıb.

SportLine.az xəbər verir ki, PFL-in saytına açıqlamasında ukraynalı mütəxəsis deyib:

“Əlbəttə, kubok oyununda oynamaq “Keşlə” futbolçuları üçün böyük sevincdir. Xüsusilə də Azərbaycan Respublikasının 100 illiyinin qeyd olunduğu gündə final oyununda iştirak etmək ikiqat sevinclidir. Təbii ki, azarkeşlər maraqlı oyun izləyəcəklər. Müsbət nəticə əldə etmək üçün çalışacağıq”.