Azərbaycan-Almaniya: Almanların qənaətincə start heyətlər

Sabah keçiriləcək Azərbaycan-Almaniya görüşündə meydana çıxacaq start heyətləri ilə bağlı mülahizələr yürüdülməkdədir. Sportline.az xəbər verir ki, eurosport.de kanalı da öz versiyasının yayınlayıb. Alman həmkarlarımızın qənaətincə komandalar sabahkı qarşılaşmaya bu heyətlərlə çıxacaqlar:

Azərbaycan: Kamran Ağayev, Məhəmməd Mirzəbəyov, Bədavi Hüseynov, Rəşad Sadıqov, Maksim Medvedev, Qara Qarayev, Əfran İsmayılov, Dmitri Nazarov, Rahid Əmirquliyev, Ruslan Qurbanov, Ağabala Ramazanov, 

Almaniya: Mark-Andre ter Ştegen, Coşua Kimmix, Benedik Hövedes, Mats Hammels, Conas Hektor, Sami Xedira, Toni Kroos, Tomas Müller, Məsut Özil, Yulian Draksler, Mario Qomez.

Xatırladaq ki, Azərbaycan - Almaniya görüşü sabah saat 20:00-da başlanacaq.