Azərbaycan - Almaniya matçına biletlər tükəndi

DÇ-2018-in seçmə mərhələsi çərçivəsində Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək Azərbaycan – Almaniya oyununa bütün biletlər satılıb.

SportLine.az xəbər verir ki, bu barədə AFFA-nın saytı məlumat yayıb.

Onlayn bilet alanlar biletlərini “28 Mall” ticarət mərkəzi, “Park Bulvar” ticarət mərkəzi  və Tofiq Bəhramov adına Respublika stadionunun kassalarında əldə edə bilərlər.

Qeyd edək ki, Azərbaycan - Almaniya görüşü sabah saat 20:00-da başlayacaq.