Azərbaycan - Avropa çempionu!

Kişi şahmatçılardan ibarət Azərbaycan seçməsi Yunanıstanda keçirilən Avropa çempionatında qalib olub. SportLine.az xəbər verir ki, son turda Ukrayna komandası ilə 2:2 hesablı heç-heçəyə imza atan seçməmiz 3-cü dəfə anaoloji uğura imza atıb.

Azərbaycan - Ukrayna - 2:2

Şəhriyar Məmmədyarov - Pavel Elyanov - 0,5:0,5

Yuri Krivoruçko - Teymur Rəcəbov - 0,5:0,5

Arkadi Naydiç - Ruslan Ponomaryov - 0,5:0,5

Yuri Kuzubov - Rauf Məmmədov - 0,5:0,5

Qeyd edək ki, Azərbaycan yığması daha əvvəl 2009 və 2013-cü illərdə Avropa çempionu olub.