Azərbaycan Avropa Oyunlarına növbəti lisenziyanı qazandı

Azərbaycanın qadın kayakçısı Marina-Lorena Manolika 2019-cu ildə Belarusun paytaxtı Minskdə keçiriləcək II Avropa Oyunlarına lisenziya qazanıb. SportLine.az xəbər verir ki, idmançı Serbiyanın paytaxtı Belqradda keçirilən Avropa çempionatında 1 nəfərlik qayıqla 200 metr məsafəyə yürüşdə 40,579 saniyə nəticə göstərib və 12-ci yeri tutub. 33 yaşlı kayakçı "16-lığ"a düşdüyü üçün Avropa Oyunlarına lisenziya əldə edib.

Qeyd edək ki, II Avropa Oyunları gələn il 20 - 30 iyunda keçiriləcək.