Azərbaycan - Belarus matçının hakimləri müəyyənləşdi

Azərbaycan və Belarus milliləri arasında keçiriləcək yoldaşlıq oyununu idarə edəcək hakimlər müəyyənləşib.

SportLine.az AFFA-nın saytına istinadən xəbər verir ki, qarşılaşmanın baş hakimi Andris Treimanis olacaq. 

Ona Haralds Gudermanis və Aleksejs Spasjonnikovs kömək edəcəklər. Hər üç FIFA referisi latviyalıdır.

Qeyd edək ki, martın 23-də Bakı Olimpiya Stadionunda keçiriləcək matç saat 20:00-da başlayacaq.