Azərbaycan - Belarus oyunu Bakı Olimpiya Stadionunda

Azərbaycan milli komandası daha bir yoldaşlıq oyunu keçirəcək.

SportLine.az AFFA-nın saytına istinadən xəbər verir ki, millimiz Bakıda Belarus yığması ilə qarşılaşacaq. Bakı Olimpiya Stadionunda keçiriləcək matç martın 23-ü saat 20:00-da başlayacaq.

Bu, Azərbaycan milli komandasının 2018-ci ildə Bakıda ilk oyunu olacaq. Eləcə də Qurban Qurbanov da millinin yeni baş məşqçisi kimi məhz həmin gün doğma meydanda debüt edəcək.

Qeyd edək ki, millimiz martın 27-də Antalyada Makedoniya, iyunun 9-da isə Latviya yığması ilə səfərdə yoxlama görüşü keçirəcək.