Azərbaycan Belarusa qalib gəldi

Belarus paytaxtı Minskdə təlim-məşq toplanışında olan 17 yaşadək qızlardan ibarət Azərbaycan seçmə komandası hazırlıq çərçivəsində ikinci yoxlama oyunu keçirib.

Sportline.az AFFA-nın saytına istinadən xəbər verir ki, bu gün Belarusun müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşan komandamız  1:0 hesabı ilə qalib gəlib. Nigar Mirzəliyeva fərqlənib.

Xatırladaq ki, bu komandalar arasında avqustun 12-də keçirilən oyunda Belarus millisi eyni hesabla qalib gəlib.