Azərbaycan Bolqarıstanla üz-üzə

Bu gün voleybolçular arasında Qızıl Avropa Liqasında III turun qarşılaşmaları olacaq.

SportLine.az xəbər verir ki, qadın voleybolçulardan ibarət Azərbaycan komandası növbəti görüşündə Bolqarıstanla üz-üzə gələcək.

İlk iki oyunda qələbə qazanan seçməmiz, bu dəfə də zəfər üçün meydançaya çıxacaq.

Qarşılaşmanın start fiti saat 18:00-da səslənəcək.

26 may 2018
Voleybol, Qızıl Avropa Liqası
A qrupu, III tur

18:00. Bolqarıstan - Azərbaycan
Hakimlər: Aleksandros Milonakis (Yunanıstan), Çavdar Marev (Bolqarıstan)
Sofiya, Xristo Botev Sarayı