Azərbaycan Bolqarıstandan güclü oldu

Voleybolçu qadınlar arasında Qızıl Avropa Liqası yarışı davam edir. SportLine.az xəbər verir ki, Azərbaycan seçməsi bu gün 4-cü oyununa çıxacaq. Rəqib Bolqarıstan millisi olacaq.

İlk görüşdə 1:3 hesabı ilə uduzan komandamız, bu dəfə azarkeşləri sevindirmək niyyətindədir.

Voleybol Mərkəzində keçiriləcək görüş saat 18:00-da başlanacaq.


30 may 2018
Voleybol, Qızıl Avropa Liqası
"A" qrupu, 4-cü tur

Azərbaycan - Bolqarıstan - 3:1 (25:20, 23:25, 25:21, 25:21) 

Hakimlər: Kristian Volf  (İsveçrə), Eldar Zülfüqarov (Azərbaycan)
Bakı, Voleybol Mərkəzi

Turnir cədvəli:

1-2. Azərbaycan - 9
1-2. Bolqarıstan - 9
3. Ukrayna - 6
4. Portuqaliya - 0