Azərbaycan çempionatına yekun vuruldu

Kişi boksçular arasında Azərbaycan çempionatı başa çatıb. SportLine.az xəbər verir ki, ölkənin müxtəlif şəhər və rayonlarının klublarını, həmçinin idman cəmiyyətlərini təmsil edən yarışda 39 komandanın 203 boksçusu qüvvəsini sınayıb. 6 gün davam edən turnirdə 10 çəki dərəcəsi üzrə mükafatçılar müəyyənləşib.

Boks Mərkəzində təşkil olunan çempionatda bu gün final görüşləri keçirilib. Həlledici döyüşlərdə qalib gələn Araz İmaməliyev (49 kq), Məsud Yusifzadə (52 kq), Tayfur Əliyev (56 kq), Cavid Çələbiyev (60 kq), Elvin İsayev (64 kq), Elnur Süleymanov (69 kq), Hidayət Musayev (75 kq), Eldar Quliyev (81 kq), Rahil Məmmədli (91 kq) və Məhəmməd Abdullayev (+91 kq) çempion tituluna sahib olublar. Gənclər millisindən böyüklərə yeni keçən Abdullayev, həmçinin yarışın ən yaxşı boksçusu seçilib.

Turnirin komanda hesabında “Qəbələ” İK birinci yeri tutub. İkinci pilləyə “Gilan” İK yiyələndiyi halda, “üçlüy”ü “Rabitə” İK qapayıb.  

Çempionatda Elxan Quliyev ən yaxşı hakim, Rəhim Allahverdiyev isə ən yaxşı məşqçi adına layiq görülüb.

Qeyd edək ki, mükafatçılar yığmanın heyətinə cəlb olunacaq və beynəlxalq yarışlarda ölkəmizi təmsil edəcəklər.

Azərbaycan çempionatı

VI günün nəticələri

49 kq: Hacıbala Fərzəliyev (“Rabitə” İK) – Araz İmaməliyev (“Gilan” İK) – 0:5

52 kq: Məsud Yusifzadə (“Rabitə” İK) – Ramazan Abdullayev (Balakən) – 5:0

56 kq: Tayfur Əliyev (MOİK) – Ümid Rüstəmov (“Rabitə” İK, DİN) – 5:0

60 kq: Sayad Lalayev (MOİK) – Cavid Çələbiyev (“Qəbələ” İK) – 1:4

64 kq: Fərid Ağamoğlanov (“Qəbələ” İK) – Elvin İsayev (“Gilan” İK) – 0:5

69 kq: Nicat Məmmədov (“Qızıl Əlcək” İK) – Elnur Süleymanov (“Gilan” İK) – 2:3

75 kq: İsmayıl Hüseynov (“Qəbələ” İK) – Hidayət Musayev (“Kür” İK) – 0:5

81 kq: Eldar Quliyev (“Gilan” İK) – Rauf Rəhimov (“Qəbələ” İK) – 4:1

91 kq: Qulaməli Aslanov (“Gömrükçü” İK) – Rahil Məmmədli (“Qəbələ” İK) – ikinci tam üstünlüklə qalib gəlib

+91 kq: Ağalar Sadıqzadə (Naxçıvan) – Məhəmməd Abdullayev (“Rabitə” İK) – 0:5

Bütün mükafatçılar

49 kq

1. Araz İmaməliyev (“Gilan” İK)

2. Hacıbala Fərzəliyev (“Rabitə” İK)

3. Orxan Süleymanov (“Qızıl Əlcək” İK)

3. Nəbi Abduləzimov (Z-1 İK)

52 kq

1. Məsud Yusifzadə (“Rabitə” İK)

2. Ramazan Abdullayev (Balakən)

3. Ramazan Babayev (“Gömrükçü” İK)

3. Qoşqar Səfərli (DİN)

56 kq

1. Tayfur Əliyev (MOİK)

2. Ümid Rüstəmov (“Rabitə” İK, DİN)

3. Təbriz Şirvani (“Gilan” İK)

3. Ramal Yusifzadə (“Qızıl Əlcək” İK)

60 kq

1. Cavid Çələbiyev (“Qəbələ” İK)

2. Sayad Lalayev (MOİK)

3. İbrahim Cəfərzadə (“Qızıl Əlcək” İK)

3. Niyaməddin Allahverdiyev (“Neftçi” İK)

64 kq

1. Elvin İsayev (“Gilan” İK)

2. Fərid Ağamoğlanov (“Qəbələ” İK)

3. Bəxtiyar Qazıbəyov (“Rabitə” İK)

3. İman Əhmədli (“Orion” İK)

69 kq

1. Elnur Süleymanov (“Gilan” İK)

2. Nicat Məmmədov (“Qızıl Əlcək” İK)

3. Xəzər Əliyev (“Kür” İK)

3. Roman Zakirov (“Qəbələ” İK)

75 kq

1. Hidayət Musayev (“Kür” İK)

2. İsmayıl Hüseynov (“Qəbələ” İK)

3. Elvin Qəmbərov (MOİK)

3. Fərid Qasımzadə (“Rabitə” İK)

81 kq

1. Eldar Quliyev (“Gilan” İK)

2. Rauf Rəhimov (“Qəbələ” İK)

3. Loren Dominkan Alfonso (“Qəbələ” İK)

3. Cəbrayıl Elekov (“Orion” İK)

91 kq

1. Rahil Məmmədli (“Qəbələ” İK)

2. Qulaməli Aslanov (“Gömrükçü” İK)

3. Gülhüseyn Ağazadə (DİN)

3. Heydər Heydərov (“Gilan” İK)

+91 kq

1. Məhəmməd Abdullayev (“Rabitə” İK)

2. Ağalar Sadıqzadə (Naxçıvan)

3. Elşən Hüseynov (DİN)

3. Asəf Aslanlı (“Qəbələ” İK)

Azərbaycan Boks Federasiyasının məlumatı