Azərbaycan çempionatına yekun vuruldu

Qadın həndbolçuların Azərbaycan çempionatına yekun vurulub.

Sportline.az xəbər verir ki, 20-ci turun son oyun günündə "Azərsu" "İdman Akademiyası"na 45-24, "Qarabağ" isə, "Gənclər Birliyi"nə 37-23 hesabı ilə qalib gəlib. Xatırladaq ki, turun açılış matçında Mingəçevirin "Nur" komandası, 27-24 hesablı qələbə ilə "Azəryol"un çempionluq imkanlarının üstündən xətt çəkmişdi. 

Beləliklə, qadın həndbolçuların növbəti Azərbaycan çempionatı, aktivinə 31 xal yazdıran "Azərsu"nun qələbəsi ilə başa çatıb.

Liderdən 3 xal geri qalan "Azəryol" çempionatın gümüş medallarına layiq görülüb. "Nur" 27 xalla yarışı üçüncü pillədə bitirib. 4-cü yerdəki  "Qarabağ" üçün, bu mövsüm, topladığı 25 xalla yadda qalacaq. Autsayderlər "Gənclər Birliyi" və "İdman Akademiyası" isə, hərəyə cəmi 4 xalla, çempionatı son pillələrdə başa vurub.