Azərbaycan çempionatında 21:4 hesablı qələbə

Futzal üzrə Yüksək Liqada 4-cü turun iki oyunu keçirilib.

SportLine.az xəbər verir ki, ilk oyunda EKOL debütant üzərində asan qələbə qazanıb.

Digər matçda isə son çempion "Araz” "Liman”ı məğlub edib. Növbəti qələbəsini qazanan Naxçıvan klubu turnir cədvəlinin zirvəsinə yüksəlib.

Yüksək Liqa
4-cü tur
12 oktyabr

EKOL - Yasamal İSK 21:4

Qolllar: S. Məstiyev, 0:32, 04:08, 25:16, 27:31, R. Əhmədov, 04:40, 20:35, 31:35, S. Həmzəyev, 07:32, 15:44, F. Ələkbərov, 14:51, F. Atakişiyev, 16:15, 24:10, 29:39, Ə. Ələsgərli, 18:42, 28:08, N. Məmmədkərimov, 21:52, 22:52, 24:26, 29:32, Z. Fərziyev, 25:37, Ə. Abasov, 26:18 - R. Əhmədov, 15:20 (a/q), X. Abbasov, 32:55, 37:55, 39:13.

Araz - Liman 8:3

Qollar: İ. Atayev, 09:27, 15:45, A. Həbibov, 11:11, X. Bağırov, 18:03, 32:39, 33:43, R. Çovdarov, 26:58 - H. Fatihzadeh, 23:23, 35:52, Z. Nuruzadə, 27:35.

Qeyd edək ki, 4-cü turun "Yasamal” FK - "Xəzər Cənub” oyunu isə qeyri-müəyyən vaxta təxirə salınıb.