Azərbaycan çempionatının bütün qalibləri müəyyənləşib

Şüvəlan qəsəbəsində yerləşən Ağır Atletika Akademiyasının yarış zalında keçirilən Azərbaycan çempionatında kişi ağır atletlərin yarışında bütün qaliblər müəyyən edilib.

Sportline.az xəbər verir ki, son olaraq 85, 94, 105 və +105 kq çəki dərəcələrində mübarizə yekunlaşıb. Müvafiq olaraq, Kamran İsmayılov, Nailxan Nəbiyev, Əliş Nəzərov və Azər Məmmədli qızıl medala sahib çıxıb.

Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş çempionatın təşkilində məqsəd, idmançıların ustalıq səviyyəsinin artırılması və təkmilləşdirilməsi, texniki cəhətdən hazırlıqlı və dərəcə normalarını yerinə yetirən idmançıların seçilməsi, kişilərdən və qadınlardan ibarət milli yığma komandaların tərkibinin müəyyənləşdirilməsi, qarşıdakı beynəlxalq yarışlara hazırlanmasıdır.