Azərbaycan çempionatının finalçıları müəyyənləşdi

Kişi həndbolçuların Azərbaycan çempionatının pley-off mərhələsinə yekun vurulub.

İkinci oyun gününün "Bakı" - "Təhsil" görüşündə azarkeşlər gərgin mübarizənin şahidi olublar. Qarşılaşma "Bakı" komandasının 34:33 hesablı qələbəsi ilə nəticələnib. Digər oyunda isə, "Məhsul" Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq Gənclər İdman Məktəbinin (RİOEUGİM) komandasını 33-24 hesabı ilə məğlub edib. 

Xatırladaq ki, pley-off mərhələsinin ilk oyunlarında "Bakı" "Təhsil"ə 37:34, "Məhsul" RİOEUGİM-ə 36:30 hesabı ilə qalib gəlmişdi. 

Bu nəticələrdən sonra final mərhələsində görüşəcək cütlər müəyyənləşib. Beləliklə, aprelin 29-da keçiriləcək oyunlarda "Məhsul"la-"Bakı" 1-ci, 2-ci,  "Təhsil" komandası ilə RİOEUGİM isə  3-cü, 4-cü yerlər uğrunda mübarizə aparacaq.