Azərbaycan çempionatının qalibləri müəyyənləşir

Bu gün Şüvəlan qəsəbəsində yerləşən Ağır Atletika Akademiyasının yarış zalında kişilər, qadınlar və ustalar arasında Azərbaycan çempionatı başlanıb.

Sportline.az xəbər verir ki, Azərbaycan Gənclər və İdman Nazirliyi və Azərbaycan Ağır Atletika Federasiyasının birgə təşkil etdiyi yarışda ölkənin bütün bölgələrindən 100-ə yaxın atlet qüvvəsini sınayır. Körpücük üzərinə ilk olaraq qadın ağır atletlər çıxıblar. Onlar Sinkleyr cədvəli üzrə mütləq qalibi müəyyənləşdiriblər.

Qızıl medala toplam 169 kq (74+95) nəticə və 253.42 xalla Səbinə Əzimova sahib çıxıb. İkinci yeri toplam 183 kq (80+103) nəticə və 243.91 xalla Elnarə Abbasova, üçüncü yeri toplam 149 kq (66+83) nəticə və 236.17 xalla Mərziyyə Məhərrəmova tutub.