Azərbaycan çempionu iki braziliyalı transfer etdi

Ölkəmizi UEFA Çempionlar Liqasında təmsil edəcək “Araz” transfer çalışmalarını davam etdirir. SportLine.az saytının Azərbaycan Futzal Federasiyasının feysbuk səhifəsinə istinadən məlumatına görə, baş məşqçi Joze Alesionun istəyi ilə ölkə çempionu iki futzalçı ilə anlaşıb.

Söhbət braziliyalı Eder Rogerio Rabel Silverio və Riçard Viktor Murilo da Silvadan gedir. 28 yaşlı Eder müdafiəçi, 25 yaşlı Riçard isə sol cinah hücumameyllidi.

Hər iki oyunçunun son klubu “Marreko” olub. Onların iyulun sonunda “Araz”a qoşulmaları gözlənilir.