Azərbaycan çempionunun avrokuboklarda potensial rəqibləri müəyyənləşdi

Voleybol üzrə "Çelenc Kuboku"nda püşk atılıb. SportLine.az xəbər verir ki, Azərbaycan çempionu "Azərreyl"in də rəqibi bəlli olub.

Nəticəyə əsasən, mübarizəyə 1/16 final mərhələsindən başlayacaq Bakı təmsilçisinin rəqibi  “Kayroş” (Portuqaliya) – “Hermes” (Belçika) duelində müəyyənləşəcək.

İlk görüş 27-29 noyabar, cavab matçları 4-6 dekabr tarixlərində olacaq.

"Azərreyl" mərhələni adlasa, 1/8 finalda “Aydın BBSK” (Türkiyə) – “Famalikao” (Portuqaliya)/“Haris La Laquna” (İspaniya) oyunun güclüsü ilə qüvvəsini sınayacaq.