Azərbaycan Çexiya ilə qarşılaşacaq

21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının heyəti açıqlanıb. SportLine.az AFFA-nın saytına istinadən xəbər verir ki, mayın 27-dən iyunun 2-dək Bakıda, iyunun 3-dən 9-na qədər isə Avstriyanın Zalsburq şəhərində baş tutacaq təlim-məşq toplanışında 23 futbolçu iştirak edəcək.

Avstriyadakı toplanış zamanı U-21 iyunun 5-də və 8-də Çexiyanın müvafiq yaş qrupundan ibarət yığma komandası ilə yoldaşlıq oyunu keçirəcək. Hazırlıqlarda Fəhmin Muradbəyli, Sənan Əlizadə    (hər ikisi “Neftçi”), Eltun Turabov, Mahir Mədətov, Elgün Uluxanov (hamısı “Qarabağ”), Ehtiram Şahverdiyev, Bəhlul Mustafazadə, Fərid Kərimzadə, Yusif Nəbiyev, Xəyal Nəcəfov (hamısı “Sumqayıt”), Oleq Hüseynov, Taşkın Sertan, Vüqar Həsənov, Əlibəy Məmmədli (hamısı “İnter”), Qismət Alıyev (“Qəbələ”), Təyyar Məmmədov (“Səbail”), İlyas Səfərzadə (“Kəpəz”), Alen Askerov (“Novigrad”, Xorvatiya), Elnur Cəfərov(“Dugopolje”, Xorvatiya), Budaq Nəsirov (“Sportinq”, Portuqaliya), Serkan Baloglu (“Ştutqart”, Almaniya), Ozan Can Kokcu     (“Feyenoord”, Hollandiya), Mustafa Ozhitay (“Ulm 1846”, Almaniya).