Azərbaycan Farer adaları millisi ilə bu stadionda oynayacaq

UEFA Millətlər Liqası çərçivəsində keçiriləcək Farer adaları - Azərbaycan görüşünün yeri dəqiqləşib. SportLine.az xəbər verir ki, görüş Farar adalarının paytaxtı Torshavn şəhərində təşkil olunacaq. Qarşılaşmaya “Torsvollur” stadionu ev sahibliyi edəcək.

Qeyd edək ki, Farer adaları - Azərbaycan oyunu "D" Liqasının 3-cü turu çərçivəsində oynanılacaq. Qarşılaşma oktyabrın 11-də baş tutacaq.