Azərbaycan Güləş Federasiyasında ciddi kadr dəyişikliyi

Azərbaycan Güləş Federasiyasının rəhbərliyində kadr dəyişikliyi aparılıb. 

Sportline.az-a AGF-nin mətbuat xidmətindən verilən məlumata görə, federasiyanın prezidenti Fazil Məmmədovun müvafiq əmri ilə Federasiyanın I vitse-prezidenti Namiq Əliyev tutduğu vəzifədən azad edilib. Azərbaycan Güləş Federasiyasının I vitse-prezidenti vəzifəsinin icrası müvəqqəti olaraq Ələkbərov Sahib Nurəddin oğluna həvalə edilib.