Azərbaycan millisi Gürcüstanı məğlub etdi

19 yaşadək futbolçuların Avropa çempionatının təsnifat mərhələsi davam edir. SportLine.az xəbər verir ki, bu yaş qrupunda mübarizə aparan Azərbaycan seçməsi bu gün növbəti oyununa çıxıb. Rəqib meydan sahibi - Gürcüstan futbolçuları olub.

Gərgin keçən mübarizənin sonunda Azərbaycan futbolçuları qələbəyə seviniblər.

Qrupun digər oyununda İsrail Lixtenşteyndən üstün olub - 2:1.

17 noyabr 2018
U-19, Avropa çempionatının təsnifat mərhələsi
I qrup, 2-ci tur

Gürcüstan (U-19) - Azərbaycan (U-19) - 1:2
QOLLAR: 
Xarabadze, 45+1 (1:0), Tural Bayramov, 67 (1:1), Zahid Mərdanov, 70 (1:2)

Hakimlər: Donatas Rumsas, Aleksandr Radius (hər ikisi Litva), Karel De Roker, Erik Lambrext (hər ikisi Belçika)
Tiflis, Mixail Mesxi adına stadion

1. İsrail 2 6
2. Azərbaycan 2 3
3. Gürcüstan 2 3
4. Lixtenşteyn 2 0