Azərbaycan I səbətdə

UEFA Millətlər Liqasında püşkatmadan öncə iştirakçı komandalar səbətlərə bölünüb. SportLine.az qurumun saytına istinadən xəbər verir ki, "D" Liqasında mübarizə aparacaq Azərbaycan millisi I səbətdə yer alıb.

I SƏBƏT: Azərbaycan, Makedoniya, Belarus, Gürcüstan

II SƏBƏT: Ermənistan, Latviya, Farer adaları, Lüksemburq

III SƏBƏT: Qazaxıstan, Moldova, Lixtenşteyn, Malta

IV SƏBƏT: Andorra, Kosovo, San Marino, Cəbəllütariq

Millətlər Liqasının püşkü yanvarın 24-də Lozannada atılacaq. 

Qeyd edək ki, D liqasında qrup qalibi olacaq 4 ölkə 2019-cu ilin iyununda pley-off sistemində çempionluq uğrunda mübarizə aparacaq. 

Əlavə edək ki, müharibə şəraitində olduğu üçün Azərbaycan və Ermənistan milliləri eyni qrupda yer ala bilməz.