Azərbaycan İsraili arxada qoydu

Ötən gün Çempionlar Liqasında keçirilən görüşlər UEFA reytinqinə təsirsiz ötüşməyib. SportLine.az xəbər verir ki, BATE ilə səfər görüşündə heç-heçə edən "Qarabağ" Azərbaycanın aktivinə daha 0,125 xal yazdırıb. 

Bununla da, xallarının sayını 18,250-ə çatdıran Azərbaycan İsraili arxada qoyub və 24-cü pilləyə yüksəlib.

Qeyd edək ki, siyahıya yenə İspaniya başçılıq edir.