Azərbaycan komandasına Olimpiada üçün 2 yer verildi

Azərbaycanın ağırlıqqaldırma üzrə milli komandası məhdudiyyətlə üzləşib. SportLine.az "Reuters"ə istinadən xəbər verir ki, 2020-ci ildə Tokioda keçiriləcək Yay Olimpiya Oyunlarında seçməmiz cəmi iki idmançı ilə təmsil oluna biləcək.

Buna komandanın anti-dopinq qaydalarını pozması səbəb olub.

Azərbaycanla yanaşı, Rusiya, Ermənistan, Belarus və Qazaxıstanda da Olimpiya Oyunlarında 2 idmançı ilə təmsil ediləcək. Beynəlxalq Ağırlıqqaldırma Federasiyasının (IWF) yeni qaydalarına əsasən, 2008 – 2020-ci illərdə antidopinq qaydalarını 19 dəfəyə qədər pozan milli assosiasiyalar olimpiadada 2-dən artıq idmançı ilə təmsil oluna bilməz. İyirmi və daha çox dopinq pozuntusu qeydə alınan assosiasiyalara isə 1 yer veriləcək.