Azərbaycan - Kosovo matçının biletləri satışda

Azərbaycan millisinin UEFA Millətlər Liqasında ilk oyununun biletləri satışa çıxarılıb.

SportLine.az AFFA-nın saytına istinadən xəbər verir ki, azarkeşlər bu gündən etibarən, sentyabrın 7-də Bakı Olimpiya Stadionunda Kosovo yığmasına qarşı keçiriləcək matçın biletlərini əldə edə bilərlər.

Üç kateqoriya üzrə biletlərin qiyməti 2-5 manat, VİP yerlər üçün isə 10 manat təşkil edir. 

Bu oyuna bilet alan hər bir azarkeş Azərbaycan – Malta (14 oktyabr) və Azərbaycan – Farer adaları (17 noyabr) oyunlarının biletinə 50% endirim əldə edə bilər. Endirim yalnız eyni dəyərli biletə ilk biletin alışı vaxtı tətbiq edilir. Endirim Sky Box biletlərə şamil olunmur.

Qeyd edək ki, Azərbaycan – Kosovo oyunu 20:00-da başlayacaq.