Azərbaycan kubokunda hakim təyinatları açıqlandı

Futzal üzrə Azərbaycan kubokunun ¼ final mərhələsinin mayın 4-də keçiriləcək iki oyununa təyinatlar açıqlanıb.

SportLine.az xəbər verir ki, günün ilk oyunu ola VİP FK - EKOL matçını FİFA referisi Elçin Məmmədov idarə edəcək. "Marafon Futsal" - "FK. İtaldizain Futsal" oyunu isə Elçin Səmədliyə tapşırılıb.  

14:00. VİP FK – EKOL 

Hakimlər: Elçin Məmmədov, Yusif Nurullayev, Ramil Namazov 
Hakim-inspektor: Aslan Həsənov

16:00. "Marafon Futsal” - "FK. İtaldizain Futsal” 

Hakimlər: Elçin Səmədli, Ramil Namazov, Yusif Nurullayev 
Hakim-inspektor: Nazim Qaracayev

Oyunlar "Olimpik Star" İdman Kompleksində keçiriləcək.