Azərbaycan Kubokunun püşkü atıldı

Bu gün Azərbaycan Kubokunda 2018/2019-cu il mövsümünün püşkü atılıb. SportLine.az xəbər verir ki, tədbir AFFA-nın inzibati binasında təşkil olunub.

Püşkatmanın nəticələri:

1/8 final 

"Ağsu" - "Sabah"

"Şüvəlan" - "Keşlə"

"Sumqayıt" - "Qaradağ Lökbatan"

"Səbail" - Kəpəz"

1/4 final

"Qəbələ" - "Ağsu" / "Sabah"

"Qarabağ" - "Şüvəlan"/ "Keşlə"

"Neftçi" - "Sumqayıt" / "Qaradağ Lökbatan"

"Zirə" - "Kəpəz" / "Səbail"

Turnirdə 12 komanda mübarizə aparacaq. Bunlar Premyer Liqanın 8 klubu ilə yanaşı, I Divizion təmsilçiləri "Kəpəz”, "Qaradağ Lökbatan”, "Şüvəlan” və "Ağsu”dur. Komandalardan 4-ü mübarizəyə birbaşa 1/4 finaldan, qalanları isə 1/8 finaldan başlayacaq.

Ölkə kuboku dekabrın 6-da start götürəcək.