Azərbaycan kubokunun püşkü nə vaxt atılacaq?

Futzal üzrə Azərbaycan kubokunun 2017/18-ci il mövsümünün püşkatma mərsimi keçiriləcək. SportLine.az xəbər verir ki, Aprelin 21-də Bakı İdman Sarayında keçiriləcək tədbir saat 16:30-da başlayacaq.

Qeyd edək ki, qalib adı uğrunda 6-sı Yüksək Liqa təmsilçisi olmaqla ümumilikdə 14 komanda yarışacaq. Hazırda Yüksək Liqada ilk iki pillədə qərarlaşan "Araz” və "Marafon Futsal” komandaları 1/8 final mərhələsinə qatılmayacaq.

Qalan 12 komanda arasında "kor püşk” atılacaq. İştirakçı komandalar bunlardı: "Araz”, "Marafon Futsal”, EKOL, "Neftçi” İK, "İtaldizain Futsal”, "Yasamal” FK, "Hell Energy”, "Green-Log”, ADBTİA, "Standard”, "Yasamal-2”, "Gilan”, VİP FK, "Avanqard”.