Azərbaycan millisi 117-ci yerdə

FİFA milli komandaların yeni reytinq cədvəlini açıqlayıb. SportLine.az qurumun saytına istinadən xəbər verir ki, Azərbaycan millisi ötən dəfəki kimi 117-cidir. Komandamızın aktivində 281 xal var.

Millimiz və qonşuları:

115 (125). Bəhreyn – 282
115 (120). Qırğızıstan - 282
117 (117). Azərbaycan – 281
118 (119). Namibiya - 274
119 (103). Nikaraqua - 273

Siyahıya yenə Almaniya seçməsi başçılıq edir. Braziliya 2-ci, Portuqaliya 3-cüdür.

TOP-10:

1 (1). Almaniya – 1602
2 (2). Braziliya – 1483
3 (3). Portuqaliya – 1358
4 (4). Argentina – 1348
5 (5). Belçika – 1325
6 (6). İspaniya - 1231
7 (7). Polşa - 1209
8 (8). İsveçrə - 1190
9 (9). Fransa – 1183
10 (10). Çili – 1162

Qeyd edək ki, aktivində 735 xalı olan Türkiyə millisi planetin 42-ci güclü komandasıdır.