Azərbaycan ikinci matçında da məğlub oldu

Kişi voleybolçulardan ibarət Azərbaycan millisi 2018-ci il Dünya çempionatının təsnifat mərhələsində bu gün növbəti oyununa çıxacaq. SportLine.az xəbər verir ki, 2-ci turda rəqib Almaniya olacaq.

Bakı vaxtı ilə saat 17:00-da başlanacaq görüşü xorvatiyalı hakim Milan Raykoviç və onun rumıniyalı həmkarı Alin Mateyzer idarə edəcək.

İlk turda Almaniya Ukraynaya 3:0 hesabı ilə qalib gəldiyi halda, Azərbaycan millisi Türkiyəyə eyni hesabla uduzub.

Qeyd edək ki, reqlamentə əsasən yalnız qrup qalibi mərhələ adlayacaqlar. İkinci yerin sahibi isə "pley-off"da oynayacaq. 


25 may 2017

Almaniya - Azərbaycan - 3:0 (29:27, 25:18, 25:18)