Azərbaycan millisi Avropa birinciliyində bu heyətlə çıxış edəcək

İtaliyanın paytaxtı Romada keçirilən gənclərin Avropa çempionatı üçün sərbəst güləş üzrə Azərbaycan yığmasının heyəti açıqlanıb.

SportLine.az xəbər verir ki, məşqçilər Rövşən Hacıyev və Nazim Əlicanovun rəhbərliyi altında çempionatda iştirak edəcək komandanın heyətində 10 idmançı yer alıb.

Çempionatda Azərbaycanı Əliabbas Rzazadə (57 kq), İntiqam Vəlizadə (61 kq), Elmar Kazımov (65 kq), Hacımurad Hacıyev (70 kq), İsmayıl Abdullayev (74 kq), Orxan Abbasov (79 kq), İslam İlyasov (86 kq), Asxab Həmzətov (92 kq), Alimaqomed Alixmoyev (97 kq) və Rahid Həmidli (125 kq) təmsil edəcək.

Qeyd edək ki, sərbəst güləşçilər 3-5 avqustda mübarizə aparacaqlar.