Azərbaycan millisi ilə görüş

AFFA-nın baş katibi Elxan Məmmədov və Azərbaycan seçmə komandasının baş məşqçisi Qurban Qurbanov 21 yaşadək futbolçulardan ibarət milli komandanın üzvləri ilə görüşüb.

Sportline.az  AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, bu gün Milli Komandaların Məşq Mərkəzində olan görüşdə Elxan Məmmədov və Qurban Qurbanov Avropa çempionatının seçmə mərhələsinin qarşıdakı oyunlarında yığmamıza uğurlar arzulayıb.

Xatırladaq ki, U-21 yığmamız Avropa çempionatının seçmə mərhələsində iki ardıcıl səfər oyunu keçirəcək. Futbolçularımız martın 22-də Kosovo, martın 27-də isə İrlandiya yığması ilə qarşılaşacaq.