Azərbaycan millisi İranla qarşılaşacaq

Avropa çempionatının final mərhələsinə hazırlığını davam etdirən futzal üzrə Azərbaycan millisi iki yoldaşlıq oyunu keçirəcək.

SportLine.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, Joze Alesio Da Silvannın rəhbərlik etdiyi kollektiv yanvarın 23-də və 24-də İran millisi ilə qarşılaşacaq. Bakı İdman Sarayında keçiriləcək hər iki oyun saat 21:00-da başlayacaq.

Qeyd edək ki, Azərbaycan millisi Avropa çempionatının final mərhələsində fevralın 2-də Fransa, 4-də isə İspaniya yığması ilə qarşılaşacaq.