Azərbaycan millisi İsrailə uduzdu

19 yaşadək futbolçulardan ibarət Azərbaycan seçməsi bu gün Avropa çempionatının təsnifat mərhələsində mübarizəyə başlayıb. SportLine.az xəbər verir ki, ilk rəqib İsrail millisi olub.

Matç rəqibin qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, seçmə mərhələnin oyunları Gürcüstanda keçirilir. Millimiz 1-ci qrupda İsraillə yanaşı, Lixtenşteyn və meydan sahibləri ilə də mübarizə aparır. Hər qrupda ilk iki yeri tutan komanda pley-offa yüksələcək.

14 noyabr 2018
U-19, Avrop çempionatının təsnifat mərhələsi
I qrup, 1-ci tur

Azərbaycan (U-19) – İsrail (U-19) - 1:4
QOLLAR:
Kanaan, 9 (0:1); Masarva, 28 (0:2); Arad, 56 (0:3); Arad, 64 (0:4); Emil Qasımov, 82 (1:4)

Hakimlər: Erik Lambrext, Karel De Roker (hər ikisi Belçika), Giorgi Elikaşvili (Gürcüstan)
Tiflis, Mixail Mesxi adına stadion