Azərbaycan millisi Səudiyyə Ərəbistanına uduzdu

Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan 21 yaşadək futbolçulardan ibarət Azərbaycan seçməsi bu gün yoxlama oyunu keçirib. 

SportLine.az xəbər verir ki, Səudiyyə Ərəbistanının U-20 komandası ilə qarşılaşan yığmamız 0:1 hesabı ilə məğlub olub.
 
Qeyd edək ki, millimiz bundan əvvəlki yoxlama görüşlərində Almaniyanın "Eqestorf" klubuna uduzub (2:4), Qazaxıstanın “Okjeptes” klubu ilə heç-heçə (2:2) edib.