Azərbaycan millisi yenə məğlub oldu

17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması Monteneqronun Podqoritsa şəhərində təşkil olunmuş UEFA İnkişaf turnirində növbəti oyununu keçirib. 

SportLine.az-ın AFFA-nın saytına istinadən yaydığı xəbərə görə, Monteneqronun müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşan futbolçularımız məğlub olub – 0:3.

Yığmamız turnirdə növbəti oyununu aprelin 29-da, saat 13.00-da Qazaxıstan komandasına qarşı keçirəcək.

Qeyd edək ki. millimiz ilk oyunda Bosniya və Hersoqovinaya 0:3 hesabı ilə uduzub.