Azərbaycan millisinin oyunlarının vaxtı müəyyənləşdi

17 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının ilkin seçmə mərhələsində çıxış edəcək Azərbaycan yığmasının oyunlarının  başlama vaxtı açıqlanıb.

SportLine.az-ın AFFA-ın saytına istinadən yaydığı xəbərə görə, 8-ci qrupda yer alan millimizin oyunlarının təqvimi aşağıdakı kimidir:

23 oktyabr

Azərbaycan – Norveç
Roza Haxhiu stadionu. Saat 14:00 

26 oktyabr

Çexiya – Azərbaycan
Roza Haxhiu stadionu. Saat 14:00 

29 oktyabr

Albaniya – Azərbaycan
Elbasan Arena. Saat 17:00